Şəkidə sərnişin dolu avtobus yandı

Sürücünün cəldliyi sərnişinləri xilas edib

Şəkidə avtobus yanıb. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın Şəkinin Məmmədəmin Rəsulzadə prospektində İlham Kamal oğlu İsmayılovun idarə etdiyi “PAZ” markalı sərnişin avtobusunda baş verib.
 
Belə ki, hadisə zamanı sürücü adı çəkilən prospektlə Kiş kəndi istiqamətində hərəkətdə olarkən qəfildən avtomobilin mühərrikində alovlanma olub. Bu zaman sürücü çevik davranaraq avtobusu saxlayıb. O, avtobusdakı bütün sərnişinlər dərhal endirib.
 
İlkin olaraq yanğının qarşısını sürücü yol kənarındakı arxın suyu ilə alıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun genişlənməsinin qarşısı alınıb.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru