Şəmkirdə xam neft daşıyan qatarda yanğın baş verib

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir şəhərində Gürcüstan Respublikasına məxsus 36 vaqondan ibarət xam neft məhsulu daşıyan qatarın 15-ci vaqonu qismən və 20 kv.m əraziyə dağılmış məhsul yanıb.
 
Digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru