​Çində sərnişin avtobusu yanıb, 14 nəfər ölüb

Çində sərnişin avtobusunda baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Faciə ölkənin Ninsya-Xueysk muxtar rayonunun inzibati mərkəzi sayılan İnçuan şəhərində qeydə alınıb. Zərərçəkənlərin hamısı xəstəxanalara çatdırılıb. Hadisənin təfərrüatları araşdırılır./

Google+ WhatsApp ok.ru