“Baku Steel Company”də alov fəhlələrin üzərinə püskürüb, 4 nəfər yaralanıb

“Baku Steel Company”də alov fəhlələrin üzərinə püskürüb, 4 nəfər yaralanıb

Yanıq xəsarəti alan şəxslər xəstəxanaya yerləşdiriliblər
 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.
“Report”un xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.
Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.
Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Google+ WhatsApp ok.ru