“Sovetski”də baş verən yanğında zəhərlənən professor xəstəxanada ölüb 03 Fevral 2017 02:00 Hadisə Tarix elmləri doktoru, professor Pərvin Darabadinin ölüm səbəbi məlum olub. BDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının professoru Pərvin Darabadi yanvarın 28-də Bakının “Sovetski” adlanan ərazisində baş verən yanğında tüstüdən zəhərlənib. 70 yaşlı professor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, yanvarın 28-də Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazidə binada baş verən yanğında bir nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib. (apa) / Teqlər : #Sovetskidə baş verən yanğında zəhərlənən professor xəstəxanada ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Daş karxanasında ölüm - gözətçini elektrik cərəyanı vurub Ölkədə velosiped qəzalarının sayı artıb - Statistika