Şəmkirdə dəhşətli qəza: Beş nəfər yerindəcə öldü 02 Dekabr 2019 08:59 Hadisə Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Maide.Az "Report"a istinadla xəbər verir ki, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb. Ölənlər Əliyeva Həyat Rəşad qızı, Orucov Vüqar Bayram oğlu, Orucov Dilqəm Bayram oğlu, Orucova Rəsmiyyə Nürəddin qızı və Orucova Nübar Dilqəm qızıdır. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Şəmkirdə,#dəhşətli,#qəza:,#Beş,#nəfər,#yerindəcə,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda iki tələbə qidadan zəhərlənib Bakıda marşrut avtobusu qəzaya uğradı