ABŞ səfirliyinin Bakıdakı binası qarşısında ağır qəza

Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
 
Maide.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub.
 
Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb, sıxılmış vəziyyətdə qalıb.
 
N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılıb.
 
Qeyd edək ki, “Chevrolet” ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub. Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motosikletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib:
 
“Əvvəlcə motosikletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb”.

Google+ WhatsApp ok.ru