Ağcabədidə üç maşın toqquşub, bir nəfər ölüb

Ağcabədidə ağır yol qəzası baş verib.
 
Maide.az-;n Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) qeydə alınıb.
 
BMW, “Mercedes” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində ölüb.
 
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E. Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Google+ WhatsApp ok.ru