Ağcabədidə kənd məktəbi yanıb 17 Yanvar 2016 02:00 Hadisə Ağcabədi rayonunun Hindarx kəndində 2 saylı orta məktəb yanıb. Yanğını söndürmək üçün 3 ədəd yanğınsöndürən cəlb olunub. Lakin kənd sakinlərinin verdiyi məlumata görə məktəb yanaraq tamamilə kül olub. Kənd sakinləri yanvarın 13-də qiymət artımına etiraz edərək aksiya keçirmişdi. Deputat Aqil Abbas da kənd sakinləri görüşmüş, sonra mətbuatda bildirmişdi ki, çörək istəyən qaçqınlara, dövlət onların hərəsinə gündə iki dənə pulsuz çörək verir. Kartları var, çörəyin pulu ora oturdulur. Kəndlilər soğan əkib ailələrini dolandırsınlar.meydantv / Teqlər : #Ağcabədidə kənd məktəbi yanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəstə üstünə gedən təcili yardım maşını yandı Bakıda intihar: sirkə turşusu içib özünü öldürdü