Acarıstanda bir neçə ev torpaq altında qalıb 27 Oktyabr 2018 09:10 Hadisə Güclü leysan yağışları Gürcüstanın bir neçə bölgəsində ciddi fəsadlar törədib. Acarıstan Muxtar Respublikasının Xelvaçauri rayonu ərazisində torpaq sürüşməsi baş verib. Nəticədə bir neçə kəndə ciddi ziyan dəyib. Xelvaçauri rayon administrasiyasından bildiriblər ki, torpaq sürüşməsi nəticəsində 8 yerdə yollar və su bəndləri dağılıb. Ortabatumi ərazi vahidliyinin Aqara kəndi, habelə, Korolistavi, Zanakidzeebi, Sameba, Zeda Zoço və Türkiyə ilə sərhəd olan Sarpidə baş verən torpaq sürüşmələri nəticəsində piyada keçidləri dağılıb. Sameba kəndində isə bir neçə ev tam uçaraq torpaq altında qalıb. Əhali təhlükəsiz ərazilərə təxliyə olunur. (AzərTAc) Teqlər : #Acarıstanda,#bir,#neçə,#torpaq,#altında,#qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu dəfə 60 ağac aşdı ... Nazirlik: Badamdar sürüşmə sahəsində gərginlik qalmaqdadır