Alimlər oruc tutmağın daha bir faydasını kəşf etdilər 08 May 2018 01:00 Sağlamlıq -- ABŞ-da ABŞ-ın Massaçusets Texnologya Universitetinin bioloqları oruc tutmağın faydaları ilə bağlı maraqlı araşdırmaya imza atıblar. Maide.az “Habertürk”ə istinadən xəbər verir ki, bioloqlar, ac qalmağın bağırsaq kök hüceyrələrinin sürətlə bərpasında təsiredici gücə malik olduğunu sübut ediblər. Araşdırma siçanlar üzərində aparılıb. 24 saat ac saxlanan siçanlarda kök hüceyrələrinin sürətlə bərpa olunduğu müşahidə olunub. Araşdırmaçı qrupunda yer alan türk alim Ömər Yılmaz və amerikalı Deyvid Sabatini oruc sayəsində kök hüceyrələrinin yağ turşusuna keçərək funksiyalarını sürətləndirdiyini qeyd ediblər. Teqlər : #Alimlər oruc tutmağın daha bir faydasını kəşf etdilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məşhur professordan Ramazanla bağlı FAYDALI MƏSLƏHƏTLƏR İsti aylarda tərləmədən necə qurtulmalı - Həkim məsləhəti
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir