Almaniyada daha bir məscid yandırıldı

Bu dəfə yanğın Lippe rayon ərazisində yerləşən Bad Zalsuflen şəhərində baş verib.

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, məscidin yeni binası ötən şənbə günü yandırılıb. Naməlum şəxslər məscid qapısına od vurublar, daha sonra yanğın binanın daxilinə yayılıb.

Məscidə ciddi ziyan dəyib, yaxınlıqdaki 3 yaşayış evi həmçin zərər çəkib. Yanğınsöndürənlər yerli sakinlərdən 9 nəfəri xilas ediblər,onlardan 3-ü uşaqlardır. 

Polis nümayəndəsi bildirib ki, "Biz bütün istiqamətlərdə intensiv araşdırma aparırıq."

Son aylarda Almaniyada islamafobiya genişlənib, məscid yandırma cinayəti isə bu ölkədə ilk deyil. 

Məlumatda bildirilir ki, yandırılan məscid türk diasporasına aiddir .

Almaniyada 4 milyona yaxın müsəlman yaşayır, onlardan 220 000 nəfər Berlində məskunlaşıb. Alman müsəlmanları icmasının üçdə iki hissəsini türklər təşkil edir.  //

 

Google+ WhatsApp ok.ru