Ağstafada 30 ha biçilmiş taxıl sahəsi yanıb

Ağstafada 30 ha biçilmiş taxıl sahəsi yanıb

Ağstafa rayonu,Tatlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi yanıb.
 
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Google+ WhatsApp ok.ru