Avtobusda bədbəxt hadisə: ölən var

Avtobusda bədbəxt hadisə: ölən var

Bakıda avtobusdan yıxılan şəxs ölüb.
 
Maide.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
 
Məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı avtobusdan yıxılıb.
 
Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.
 
Faktla bağlı rayon prokurorluğu araşdırmalar aparır.
 

Google+ WhatsApp ok.ru