Avtomobil qəzası abonentləri qazsız qoydu

Avtomobil qəzası abonentləri qazsız qoydu

“Pirallahı yeni” və “Bir may” ölçü qovşağına gələn qaz xəttində aparılan təmir işləri ilə əlaqədar Pirallahı rayonunda bu gün səhər saatlarında bir qrup abonentin qaz təchizatı dayandırılıb.
 
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Məlumatda qeyd olunub ki, təmir işləri yekunlaşan kimi qazın verilişi bərpa olunacaq.
 
Bundan başqa, “Azəriqaz” İB-dən verilən məlumata görə, bu gün səhər saatlarında Xəzər rayonunda bəzi abonentlərin qazla təminatında problem yaranıb. Buna səbəb isə rayonun “Binə Sovxozu” adlanan yaşayış massivində "KamAZ" markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb. Kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Hazırda baş verənlərə görə 350 abonentin qaz təminatı dayandırılıb.

Google+ WhatsApp ok.ru