Azərbaycanda qadın özünü yandırdı 21 Sentyabr 2016 01:00 Hadisə Göyçay rayonunda intihara cəhd olub. APA xəbər verir ki, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib. Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Teqlər : #Azərbaycanda qadın özünü yandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abşeronda azyaşlının əlində naməlum qurğu partlayıb 12 yaşlı məktəblini maşın vurdu- VİDEO