Azərbaycanda kişi donaraq öldü

Şamaxıda bir nəfər donaraq ölüb. 
 
Maide.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 2-də Şamaxı rayonunun Nağaraxana kənd sakini Nikolay Kritin evdən çıxıb və geri qayıtmayıb.
 
Onun axtarışlarına başlanılıb.
 
Ötən gün axtarış zamanı Nikolay Kritinin üzərinə zorakılıq əlamətləri görünməyən donmuş halda olan meyiti Cabanı kəndində tapılıb.
 
Faktla bağlı araşdırmalar aparılır.

Google+ WhatsApp ok.ru