Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ baş verib.
 
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 08.05-də Quba rayonundan 14 km cənub şərqdə qeydə alınıb.
 
Təkanlar yerin 42 km dərinliyində, 3,0 bal gücündə baş verib.
 
Zəlzələ hiss olunmayıb.
 
Xatırladaq ki, ölkə ərazisində son zəlzələ Qəbələ rayonunda baş vermişdi. Aprelin 25-də 3.0 bal gücündə baş vermiş yeraltı təkanlar yerin 12 km dərinliyində qeydə alınmışdı./
 

Google+ WhatsApp ok.ru