Azərbaycanda vərəmdən ölənlər azalıbmı?

Maide.az xəbər verir ki, AZƏRTAC Beynəlxalq Vərəmlə Mübarizə Günündə Azərbaycanda bu xəstəliyə qarşı görülən işlərdən bəhs edən bir yazı dərc edib. Yazıda qeyd edilir ki, vərəm dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir:
 
«İnsanın vərəm xəstəliyinə yoluxması 90-95 faiz hava-damcı yolu ilə baş verir. Vərəm xəstəliyi erkən aşkar olunmadıqda, xəstə həkimə vaxtında müraciət etmədikdə, müalicə çətinləşir, fəsadlar yaranır. Artıq bu, tək xəstənin deyil, bütün cəmiyyətin probleminə çevrilir».
 
Yazıda Dünya Səhiyyə Təşkilatına istinadən bildirilir ki, hazırda dünyada 20 milyondan artıq insan vərəmdən əziyyət çəkir. Onlardan da 7 milyonu açıq formadadır: «Azərbaycanda da vərəmdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ölkəmizdə 2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə tədbirlər proqramı hazırlanıb. Proqramın əsas məqsədi vərəmin müalicəsinə yönəlmiş işlərdən ibarətdir».
 
Yazıda Azərbaycanla bağlı statistik rəqəmlər açıqlanmasa da, qeyd edilir ki, 2015-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı azalıb.

Google+ WhatsApp ok.ru