Azərbaycanda qadınlar arasında sonsuzluq artır 29 Sentyabr 2016 01:00 Sağlamlıq Azərbaycanda qadınların hər 100 minindən 4-i sonsuzdur. “Report” Statistika Komitəsinə istinadən bildirir ki, ölkədə sonsuz qadınların sayı artır. Statistikaya görə, 2015-ci ildə ölkədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan pasiyentlər arasında qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı 2 300-dən çox olub. Bu da ölkə üzrə qadınların hər 100 min nəfərinə 48,4 nəfər düşməsi deməkdir. Buna da bax: Kişi sonsuzluğunu Tacikistanda necə müalicə edirlər? Sonsuzluqdan əziyyət çəkən qadınların göstəricisi 2014-cü ildə 2 300-dən az olub. Son bir ildə 18 nəfər qadında sonsuzluq diaqnozu qoyulub. Xəbərdə vurğulanır ki, qadınlar arasında bədxassəli yenitörəmələrlə bağlı da artım müşahidə olunub. Belə ki, ötən il bu xəstəlikdən 5 mindən çox, (2014-cü ildə 4 930 nəfər) qadın əziyyət çəkib. Statistika 15-49 yaş arası qadınlara görə hesablanıb./ Teqlər : #Azərbaycanda qadınlar arasında sonsuzluq artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yağışdan əvvəl oynaqlar nə üçün ağrıyır? Səhiyyə Nazirliyi: Azərbaycanda 15 yaşdan yuxarı olanların 36 faizi siqaret çəkir
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir