Azərbaycanlı uşaqların ekskursiyası faciəli başa çatdı, ölən var 01 Mart 2018 02:00 Hadisə -- Faktla bağlı cinayət işi açılıb Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşməsi nəticəsində yaralanan məktəblilərdən 3-nün azərbaycanlı olduğu məlum olub. APA-nın məlumatına əsasən, uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və bu gün evə buraxılacağı gözlənilir. Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir. Qeyd edək ki, dünən günorta saatlarında Tbilisidə Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib. Uşaqlardan biri, 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi açılıb, ekspertiza müəyyən olunub. Prezident Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili Aslan Məmmədovun həlak olması ilə bağlı onun ailəsinə başsağlığı veriblər. Teqlər : #Azərbaycanlı uşaqların ekskursiyası faciəli başa çatdı,#ölən var , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xınalıqda zəlzələ olub Respublika Narkoloji Dispanserində güclü yanğın baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB-3