Bərdədə baş verən yol qəzasında xəsarət alan iki nəfər Bakıda xəstəxanada ölüb 08 İyun 2019 11:08 Hadisə Bərdə rayonunda baş verən yol qəzasında xəsarət alan iki nəfər Bakıda müalicə olunduqları xəstəxanada ölüb. Hadisə zamanı "QAZel" markalı avtomobildə olan sərnişinlər 1983-cu il təvəllüdlü Elnur İlyas oğlu Gülməmmədov və 2009-cu il təvəllüdlü İlyas Vasif oğlu Gülməmmədov ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyətləri ağır olduğundan hər iki yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, iyunun 7-də Bərdənin Alpout kəndində "QAZel" markalı iki yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərinin birinin yanacaq çənində partlayış baş verib. /Report / Teqlər : #Bərdədə,#baş,#verən,#yol,#qəzasında,#xəsarət,#alan,#iki,#nəfər,#Bakıda,#xəstəxanada,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bir gündə bir neçə zəlzələ nəyin anonsudur - Narahat olmağa dəyər? Yasamalda iki avtomobil toqquşub, xəsarət alan var