Badamdarda sürüşmə ərazisinə elektrik enerjisinin verilişi dayandırıldı 12 Oktyabr 2018 15:56 Hadisə Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları hazırda hadisə yerində araşdırma aparır: "Əməkdaşzlarımız hadisə yerindədirlər. Bəzi təhlükəli yerlərə artıq elektrik enerjisinin verilişi dayandırılıb. Digər ərazilərdə də araşdırma ərazilərdə də elektrik enerjisinin verilişi dayandırılacaq". Xatırladaq ki. bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. (Trend) Teqlər : #Badamdarda,#sürüşmə,#ərazisinə,#elektrik,#enerjisinin,#verilişi,#dayandırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Badamdarda 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub -Sürüşmə ilə əlaqədar Badamdardakı sürüşmə anının - VİDEOsu