Bakıda 13 və 15 yaşlı şəxslər itkin düşüb 28 Yanvar 2016 02:00 Hadisə Bakıda daha iki şəxs itkin düşüb. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, M. Hadi küçəsində yaşayan, 15 yaşlı Asiman Fərəməz oğlu Həsənov və Babək prospektində yaşayan 13 yaşlı Samir İlham oğlu Nəsirovun evdən çıxaraq bir daha geri qayıtmamaları ilə bağlı polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında uşaqların axtarışları davam etdirilir. Teqlər : #Bakıda 13 və 15 yaşlı şəxslər itkin düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Sumqayıt yolunda ağır qəza: ölən var Ötən il 23, bu il 6 ana ölümü qeydə alınıb