Bakıda 1 milyonluq maşın qəza törətdi (FOTO)

"Audi R8" markalı avtomobilin pilotları idarəetməni itirərək maşını maneəyə çırpıblar
Bu gün Bakıda keçirilən FIA GT seriyalı Baku World Challenge avtoyürüşünün final mərhələsində qəza olub. 

"Audi" komandasını təmsil edən "Audi R8" markalı avtomobilin pilotları idarəetməni itirərək maşını maneəyə çırpıblar. Bundan sonra isə dəyəri 1 milyon dollar təşkil edən "Mercedes-Benz SLS AMG GT3" markalı yarış maşın da divara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Yarışlarda qısa fasilə yaranıb və maşınlar bokslara təxliyə olunduqdan sonra yürüş davam edib. /
 

 

Google+ WhatsApp ok.ru