Bakıda 29 yaşlı qadın intihara cəhd edib

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
 
“Report”un məlumatına görə, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü S. V. özünü öldürmək məqsədi ilə çoxsaylı dərman qəbul edib.
 
O, zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru