Bakıda 2 şəxs özünü öldürmək istədi

Bakıda 2 şəxs özünü öldürmək istədi

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda 2 nəfər intihara cəhd edib.
 
Maide.Az FHN-ə istinadən bildirir ki, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata görə, 2 nəfər Yasamalda tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 07:39-da başa çatıb.
 

Google+ WhatsApp ok.ru