Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib 17 Sentyabr 2014 01:00 Hadisə Bakıda xəsarətlə nəticələnən yol qəzası vaş verib. Hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda qeydə alınıb. İlkin Vəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə adı hələlik məlum olmayan sürücünün idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub. Hadisə nəticəsində VAZ-2107-nin sərnişinləri - Xəlil Fətullayev və Aleksandr Larionov ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Sürücü isə avtomobilini qoyaraq hadisə yerini tərk edib. Hadisə yerinə gələn Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Qəzanın hansı səbəbdən baş verməsi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Teqlər : #Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda oğru dəstə üzvləri tutuldu Bakıda iki marşrut avtobusu ötüşərkən toqquşub - FOTOSESSİYA