Bakıda 45 yaşlı kişi evdə yanaraq ölüb

Bakıda 45 yaşlı kişi evdə yanaraq ölüb

Xəzər rayonunda 3 otaqlı ev yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən Maide.Az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 78 kv.m sahədə yanıb.
 
Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hümbətov Qalib Səfər oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. /

Google+ WhatsApp ok.ru