Bakıda 5 nəfəri ilan çalıb

Bakıda 5 nəfəri ilan çalıb

Havalar sərin keçdiyindən ilan və həşərat zəhərlənmələrilə bağlı müraciətlər azdır. Bunu Modern.az-a Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
 
O qeyd edib ki, aprel-may aylarında ümumilikdə 5 nəfər ilan sancması ilə Mərkəzə müraciət edib:
 
“Aprel ayında 1, may ayında 4 nəfər ilan sancması ilə daxil olub. Onlardan biri Ceyranbatan, 4-ü Bakı sakinidir. Müraciətlər əsasən paytaxtın Nizami və Xətai rayonlarında həyət evlərində yaşayan sakinlərdən daxil olub. Onların hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlan sancanlardan ölən olmayıb”.
 
Baş toksikoloq bildirib ki, müraciət edənlər gürzə ilanı ilə zəhərlənənlərdir. /

Google+ WhatsApp ok.ru