Bakıda 70 yaşlı həkim intihar etdi

Bakıda intihar hadisəsi baş verib.
 
Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Karqanov küçəsi, ev 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1945-ci il təvəllüdlü Eldar Qoca oğlu Piriyev yaşadığı evdə boğazını kəsib. O, çoxlu qan itirdiyindən hadisə yerindəcə dünyasını dəyişib.  
 
E.Piriyevin özünə qəsd etməsinin dəqiq səbəbləri barədə hələlik məlumat verilməsə də onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. 
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, E.Piriyev təqaüddə olan həkim olub.

Google+ WhatsApp ok.ru