Bakıda ər həyat yoldaşını qətlə yetirib

Bakıda qətl törədilib.
 
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə ərazisində kirayədə yaşayan, Ağdaş rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Musayev qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Zakirə Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Google+ WhatsApp ok.ru