Bakıda avtomobil ABŞ diplomatının oğlunu vurdu 15 Dekabr 2014 02:00 Hadisə Ötən şənbə Bakının Səbayıl rayonunda ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Stefan Qaysinin oğlu 1997-ci il təvəllüdlü Ceremi Qaysi yol qəzasının qurbanı olub. Maide.az xəbər verir ki, bu barədə vesti.az-a Səbayıl rayon Polis İdarəsindən bildiriblər. Bildirilir ki, Badamdar şosessində, 129 saylı binanın qarşısında Ceremi Qaysini İran istehsalı olan Saipa Tiva markalı avtomobil vurub. Avtomobili Bakı sakini, 1978-ci il təvəllüdlü Zaur Rzayev idarə edirmiş. Nəticədə səfirliyin birinci katibinin oğlu SOS klinikasına çatdırılıb və burada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. / Teqlər : #Bakıda avtomobil ABŞ diplomatının oğlunu vurdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 9 nəfər ölüb Tərtərdə mina partladı — 1 ölü