Bakıda başına boru dəyən fəhlə faciəvi şəkildə öldü 19 Oktyabr 2019 15:38 Hadisə Bakıda tikintidə işləyən fəhlə faciəvi şəkildə dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonunun Neftçilər prospektində yaşayış binasının tikintisi zamanı baş verib. Bakı şəhər sakini 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu işləyən zaman onun başına boru dəyib. Ramiz İsmayılov hadisə yerində ölüb. Onun meyiti daxili müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Teqlər : #Bakıda,#başına,#boru,#dəyən,#fəhlə,#faciəvi,#şəkildə,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncədə iki yaşlı körpə yuyucu maddədən zəhərlənib Bakıda avtobus qadını vuraraq öldürüb