Bakıda bıçaqlanma hadisəsi baş verib 19 May 2015 01:00 Hadisə Bakıda yol qəzası törədən sürücülər arasında dava düşüb. Hhadisə Binəqədi rayonu 28 May qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ramik Tərlan oğlu Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobillə qonşusu, 1981-ci il təvəllüdlü Zamiq Çingiz oğlu Budaqovun idarə etdiyi 99-EF-301 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili arxadan vurub. Daha sonra R. Nəsirov Z. Budaqovu döyərək ona xəsarət yetirib. Z. Budaqov faktla bağlı polisə ərizə ilə müraciət edib. Polis ərizə üzrə araşdırma aparmaq üçün hər iki şəxsi bölməyə çağırıb, ifadələrini alaraq, onları sərbəst buraxıb. Bundan sonra Z. Budaqov yaşadığı küçədə qonşusu R. Nəsirovu bıçaqlayaraq ağır bədən xəsarəti yetirib. R. Nəsirov xəstəxanaya yerləşdirilib. Teqlər : #Bakıda bıçaqlanma hadisəsi baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ hərbi təyyarəsindən qəza enişi: 1 ölü, 21 yaralı Bakıda binada güclü yanğın başlayıb - Fotolar