Bakıda baş verən yanğında 56 yaşlı kişi yanaraq ölüb

Bakının Xətai rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
 
Maide.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanmış meyiti aşkarlanıb.
 
Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru