Bakıda cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava düşüb, iki nəfər xəsarət alıb

Bakıda cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava düşüb, iki nəfər xəsarət alıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində (CM) dustaqlar arasında dava baş verib.
 
Dava zamanı CM-də cəza şəkən 1990-cı il təvəllüdlü Amid Əliyev şüşə stəkanla məhbus yoldaşı 1984-cü il təvəllüdlü Samir Mudriyanova xəsarət yetirib. Bu zaman yaranan qarışıqlıqdan istifadə edən S.Mudriyanov şüşə stəkanın qırıntıları ilə A.Əliyevə hücum edərək ona bədən xəsarətləri yetirib.
 
Faktla bağlı araşdırma aparılır. (report) /

Google+ WhatsApp ok.ru