Bakıda fəhlə tikintidə faciəli şəkildə ölüb 31 İyul 2014 01:00 Hadisə Bakıda tikintidə faciəli hadisə baş verib. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Həsən Əliyev küçəsi-17 ünvanında qeydə alınıb. Həmin ünvanda tikilməkdə olan binada fəhlə işləyən, 1955-ci il təvəllüdlü Sofquliyev Süleyman Sofqulu oğlu yıxılıb və nəticədə dəmir parçası onun ürək nahiyəsinə sancılıb. S. Sofquliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda fəhlə tikintidə faciəli şəkildə ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda qəza: ölünü qaçırdılar Metronun “Koroğlu” stansiyası yaxınlığında kişi intihar fikrindən daşınıb (VİDEO)