Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb 11 Aprel 2019 11:23 Hadisə Bakıda tikintidə bədbəxt hadisə baş verib. Maide.Az "ONA"-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində qeydə alınıb. Orada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Əli Əlövsət oğlu Nəcəfov binadan yıxılaraq ölüb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Teqlər : #Bakıda,#fəhlə,#tikilməkdə,#olan,#binadan,#yıxılaraq,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yataqxanada baş verən yanğında özünü binadan atan şəxsin kimliyi bilindi Bakıda bankda yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib