Bakıda kanalizasiya kollektorunda qəza baş verib

Bakıda kanalizasiya kollektorunda qəza baş verib

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və "Azərsu" ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib.
 
Maide.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
 
Qeyd edilib ki, nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.
 
Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 
 
 
 

Google+ WhatsApp ok.ru