Bakıdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI 02 Oktyabr 2018 01:00 Hadisə Dünən Bakının Binə qəsəbəsində 160 nömrəli avtobusun yük qatarına çırpılması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Maide.Az "Publika.az"a istinadla xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan və 3 saylı şəhər xəstəxanasına yerləşdirilən 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu həkimlərin səylərinə baxmayaraq, vəfat edib. Hadisə nəticəsində 13 yaşlı məktəbli isə qəza yerində ölüb. Qeyd edək ki, hadisə nəticəsində daha 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir. Yaralılardan 5-i məktəblidir. Teqlər : #Bakıdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda avtobus qatarla toqquşdu - 1 ölü, yaralı sayı 34 oldu-FOTO/VİDEO -YENİLƏNİB Bakıda qatarla avtobusun TOQQUŞMA ANI - VİDEO