Bakıda keramika sexində yanğın baş verib

Bakıda keramika sexində yanğın olub.

Maide.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kvadratmetr olan keramika sexinin ərazisində qeydə alınıb.

 
Yanğın zamanı 30 kvadratmetr sahəyə yığılmış taxta taralar, ümumi sahəsi 9 kv.m olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda yerləşən, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli ofis binasının dam örtüyünün yanar konstruksiyaları və tavanı 55 kvadratmetr sahədə yanıb. 
 
Hər iki sexin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub. 
 
Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. /

Google+ WhatsApp ok.ru