Bakıda küləklə əlaqəli sakinlərə və sürücülərə XƏBƏRDARLIQ 02 Mart 2020 10:35 Hadisə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib. BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hazırda əsən güclü külək ağacların aşma ehtimalını artırır: "Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür". Teqlər : #Bakıda,#küləklə,#əlaqəli,#sakinlərə,#və,#sürücülərə,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Külək bu əraziləri qazsız qoydu - Foto Bakıda güclü külək ağacları aşırdı