Bakıda kran maşınların üstünə aşdı: 4 yaralı - FOTO

Bakıda ağır yol qəzası baş verib.
 
Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında baş verib.
 
Belə ki, "KamAZ" markalı yük kranı bir neçə maşınla toqquşub. Nəticədə kran maşınların üzərinə aşıb. 
 
Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Nuru Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, sürətlə hərəkət edən "KamAZ" markalı yük kranı 4 avtomobillə toqquşub.
 
Onun sözlərinə görə, yük kranı iki "Mercedes" markalı minik maşını ilə tooquşub. Daha sonra "Toyota" markalı minik maşınına və kənarda dayanmış sərnişin avtobusuna girib.
 
Qəza nəticəsində 4 nəfərin xəsarət aldığını bildirilir. Onlar xəstəxanaya yerləşdiriliblər./
 
 
 

 

Google+ WhatsApp ok.ru