Bakıda kütləvi intihara cəhd olunub

Bu dəqiqələrdə Bakıda bir neçə şəxsin intihara cəhd etməsi faktı qeydə alınıb
Bu barədə "Report"a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.
 
Belə ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 81 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən yarımtikili binada 5 nəfər intihar etməyə cəhd göstərib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
 
Xilasedicilər intihar etmək istəyən şəxsləri fikirlərindən daşındırmaq istiqamətində danışıqlar aparırlar. /

 

Google+ WhatsApp ok.ru