Bakıda müəllim vəhşiliyi - FOTO 09 Yanvar 2015 02:00 Hadisə Sosial şəbəkədə Bakıda müəlimin az yaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb. Maide.az xəbər verir ki, “Facebook”da “Sancaq” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib. Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunub. Səbəb isə az birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub. Məsələ ilə əlaqədər Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS-ə açıqlamasında bildirdi ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: “Bununla bağlı araşdırma aparılacaq”. Teqlər : #Bakıda müəllim vəhşiliyi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Sovetski` də tapılan yanmış kişi meyiti həmin ünvanda yaşamış ailəyə aid deyil` Fransanın paytaxt regionunda atışma zamanı iki nəfər ölüb