Bakıda Mədəniyyət evində yanğın olub (VİDEO) 03 Aprel 2019 09:06 Hadisə Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib. Maide.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib. Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Teqlər : #Bakıda,#Mədəniyyət,#evində,#yanğın,#olub,#(VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb