Bakıda marşrut avtobusu qəza törədib, ölən və yaralananlar var 19 Mart 2016 02:00 Hadisə Bakıda daha bir avtobus qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb. Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi “Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi “Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə A. Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Teqlər : #Bakıda marşrut avtobusu qəza törədib,#ölən və yaralananlar var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lerikdə rayon mərkəzini su basdı Bakıda sürücü ilə yol polisi arasında əlbəyaxa dava