Bakıda marşrut avtobusu yanıb

Bakı şəhərində marşrut avtobusu yanıb.
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, Bakıdan Xırdalana gedən 135 saylı marşrut avtobusu “Şamaxinka” adlanan ərazidə qəflətən alışıb. Sərnişinlər təcili olaraq avtobusu tərk ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələrək yanğını söndürüblər.
 
Hadisənin səbəbi araşdırılır. 

Google+ WhatsApp ok.ru