Bakıda qəza: Sıxlıq yarandı – FOTO

Bakının Ziya Bünyadov prospektində qəza baş verib.
 
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində (Koroğlu metrosu istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərərkətində sıxlıq yaranıb.
 
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.
 

Google+ WhatsApp ok.ru